Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 143,1 min ton tomat ixrac edib və bundan 172,3 milyon ABŞ dolları gəlir əldə edib.
Göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə maraqlı mənzərə yaradıb: ixrac olunan tomatın miqdarı 0,9 min ton (0,6 faiz) azalsa da, əldə edilən gəlir 15,1 milyon dollar (9,7 faiz) artıb.
Doqquz ayda tomat ixracından əldə olunan vəsait ölkənin ümumi ixrac gəlirlərinin 0,7 faizini təşkil edib.
Xarici ticarət dövriyyəsi 37 milyard dollara yaxınlaşıb
Dövlət Gömrük Komitəsinin verdiyi ümumi məlumata əsasən, Azərbaycan həmin dövrdə xarici ölkələrlə 37 milyard 211 milyon dollarlıq ticarət əməliyyatı aparıb ki, bu da bir il əvvəlki göstəricidən 5,2 faiz çoxdur.
Bu məbləğin 23 milyard 865 milyon dolları ixracın, 13 milyard 346 milyon dolları isə idxalın payına düşüb. İxrac illik kəsimdə 28,3 faiz artıb, idxal isə 20,4 faiz aşağı düşüb.
Nəticədə ölkənin xarici ticarət balansında 10 milyard 519 milyon dollar məbləğində müsbət saldo formalaşıb. Bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur.
