Hacıyev: Azərbaycan Ermənistandan revanş güdmür
carci.news
Dünya siyasəti

Hikmət Hacıyev: Azərbaycan Ermənistandan revanş güdmür

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Ermənistandan heç bir qisas almaq fikrində deyil, ancaq davamlı sülh üçün hələ görüləcək çox iş qalır.

Hikmət Hacıyev bu açıqlamanı “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzulu xüsusi sessiyada edib. O, Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən bu mövzuda açıq və dürüst olmağın vacibliyini vurğulayıb.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan xalqının yaddaşında ağır izlər buraxmış hadisələr mövcuddur və bu acı xatirələri unutmaq mümkün deyil. Onun qeyd etdiyinə görə, bu təcrübə artıq ölkənin tarixinin və mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Hikmət Hacıyev bununla belə vurğulayıb ki, bütün bunlara baxmayaraq, Bakının niyyəti revanşizm deyil. Onun sözlərinə görə, əbədi sülhün təmin olunması istiqamətində hələ atılmalı çox addım və irəli sürülməli təşəbbüs var.

Related posts

Hindistan XİN başçısı Bakıda Atəşgah məbədinə baş çəkib

Editor

AQEM-in VII Zirvə toplantısında Bakı Bəyannaməsi qəbul olunub

Editor

Şəhid Röyad Məmmədovun adını daşıyan gəmiyə Qara dənizdə dron hücumu olub

Editor

Şərh yazın

IP geolocation by DB-IP