Azərbaycan deflimpiyaçıları Ermənistanda Avropa çempionatında 6 medal qazanıb - carci.news
carci.news
Olimpiya idmanıUncategorized

Azərbaycan deflimpiyaçıları Ermənistanda Avropa çempionatında 6 medal qazanıb

Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu nəticə ilə yadda qalıb.

Bu barədə “Report”a Azərbaycan Deflimpiya Komitəsindən bildirilib.

Yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komanda ümumilikdə 6 medal — 3 gümüş və 3 bürünc medal qazanıb.

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Related posts

Azərbaycanlı batutçulardan Nankində bürünc uğuru

Editor

Sea Breeze 2027-ci ildə açıq su üzgüçülüyü üzrə OCEANMAN mərhələsini qəbul edəcək

Editor

Sarayevodan Azərbaycana 4 medalla dönüş: adaptiv cüdoçularımızın uğuru

Editor
IP geolocation by DB-IP