2027-ci il dövlət büdcəsi Milli Məclisdə müzakirə olunub
carci.news
Milli Məclis

Milli Məclisin komitəsində 2027-ci il büdcəsi ikinci oxunuşda müzakirə olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2027-ci il dövlət büdcəsi layihəsinə baxıb. Sənədə görə, ÜDM-in 141 milyard manata, dövlət büdcəsi xərclərinin isə 42,4 milyard manata çatacağı proqnozlaşdırılır.

İclasda maliyyə nazirinin müavini Himalay Məmişov növbəti ilin büdcə siyasəti və makroiqtisadi proqnozları barədə məlumat verib. Onun sözlərinə görə, neftdən asılılığın azaldılması davam etdirilir və 141 milyard manatlıq ümumi daxili məhsulun 109,1 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşəcək.

Nazir müavini bildirib ki, xərclər sosial-iqtisadi tələbatı nəzərə alaraq formalaşdırılıb, həmçinin regionların mərkəzi büdcədən asılılığı tədricən azalır.

Proqnoza əsasən, icmal büdcənin gəlirləri 47,6 milyard manat, bunun 39,3 milyard manatı isə dövlət büdcəsinin gəlirləri olacaq. İcmal büdcənin xərcləri 50,4 milyard manat, dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat səviyyəsində gözlənilir.

Komitə üzvləri layihənin birinci oxunuşu zamanı Milli Məclisin plenar iclasında səslənmiş təklif və qeydləri, eləcə də sənəddə edilmiş dəqiqləşdirmələri nəzərdən keçiriblər. Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Related posts

TTM-də 207 min manatlıq mənimsəmə işi üzrə məhkəmə başlayıb

Editor

Hesablama Palatası: büdcədənkənar gəlirlər 2027-ci ildə 7,1 faiz azalacaq

Editor

Yüksək ixtisaslı miqrantlara 20 illik gəlir vergisi güzəşti nəzərdə tutulur

rashadamiraliyev
IP geolocation by DB-IP