Azərbaycanın kartof ixracı 10 ayda 29,7 milyon dollara çatıb
carci.news
Azərbaycan 10 ayda kartof ixracından 29,7 milyon dollar gəlir əldə edib
Aqrar sektor

Azərbaycan 10 ayda kartof ixracından 29,7 milyon dollar gəlir əldə edib

Yanvar-oktyabr aylarında Azərbaycan xaricə 77 min 483 ton kartof satıb, bundan 29,7 milyon ABŞ dolları gəlir götürülüb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, kartof ixracından əldə olunan məbləğ bir il əvvəlki göstəricidən 1,5 milyon dollar (5,3 faiz) çoxdur. İxrac olunan həcm isə 6 min 522 ton, yəni 9,1 faiz artıb.

Kartof ixracından daxil olan vəsait ölkənin ümumi ixrac gəlirləri daxilində kiçik paya malikdir.

Xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb

Həmin 10 ay ərzində Azərbaycan dünya ölkələri ilə ümumilikdə 43 milyard 189 milyon dollarlıq ticarət əməliyyatı aparıb. Bu rəqəm əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz böyükdür.

Dövriyyənin 27 milyard 921 milyon dolları ixracın, 15 milyard 268 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 29,05 faiz artarkən, idxal 20,6 faiz azalıb.

Related posts

Azərbaycan 9 ayda kartof ixracından 29,7 milyon dollar gəlir götürüb

Editor

Duru bitki yağlarının qiyməti də artıb

Editor

Meyvə-tərəvəz ixracından gəlir 9 ayda 11,4 % artıb

Editor
IP geolocation by DB-IP