Azərbaycan Mərkəzi Bankı Rəhimli Xədicə Tərlan qızına məxsus sığorta agenti lisenziyasını ləğv edib. Qərar qüsurların vaxtında aradan qaldırılmaması səbəbindən qəbul olunub.
Söhbət Rəhimli Xədicə Tərlan qızına 7 avqust 2015-ci ildə verilmiş, 080682 nömrəli sığorta agenti lisenziyasından gedir. Lisenziyanın ləğvi barədə qərar Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilib.
AMB-nin açıqlamasına görə, lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsi əsasında ləğv olunub. Həmin maddəyə əsasən, lisenziya sahibi fəaliyyətinin dayandırılmasına səbəb olan halları müəyyən edilmiş müddətdə aradan qaldırmayıb.
