Bakı metrosu xətlərin ayrılması layihəsində yeni mərhələ
carci.news
Nəqliyyat və logistika

Bakı metrosunda Yaşıl və Qırmızı xətlərin ayrılması işləri davam edir

“Bakı Metropoliteni” QSC-də bildirilib ki, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində tunelin 63 metrlik hissəsində qazma işləri artıq icra olunub.

Açıqlamaya görə, layihə üzrə ümumilikdə 211 metr uzunluğunda tunel qazılması nəzərdə tutulub. “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib ki, işlər təsdiqlənmiş qrafikə uyğun, planlı şəkildə aparılır.

M.Rzayevin sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin uzadılması çoxmərhələli və mürəkkəb layihədir. O qeyd edib ki, bu cür layihələrin maliyyələşdirilməsini beynəlxalq maliyyə qurumları həyata keçirir və artıq müvafiq proseslər başlayıb.

Metropoliten rəsmisi əlavə edib ki, hazırda yeni tender mərhələsinə hazırlıq gedir. Onun sözlərinə görə, tenderin qalibi müəyyənləşdikdən sonra tikinti-quraşdırma işlərinə start veriləcək.

Related posts

Azərbaycanda hava yolu ilə sərnişindaşımaları 9 ayda 5,9 faiz artıb

Editor

Kamboca və Azərbaycan birbaşa aviareyslər üzrə danışıqlara başlayır

Editor

Dəniz nəqliyyatı ilə daşınan yük 9 ayda 4,2 faiz azalıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP