İranın Qərbi Azərbaycan əyalətinin Səlmas bölgəsində baş verən daşqın nəticəsində üç nəfər həlak olub, altı nəfər yaralanıb, daha iki nəfər isə itkin düşüb.
Faciə barədə məlumatı Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi yayıb. Onun sözlərinə görə, həlak olanların hər üçünün meyiti artıq tapılıb və aidiyyəti qurumlara təhvil verilib.
İki nəfərin isə axtarışları davam edir. Bölgədə ən ağır vəziyyət Kaniyan kəndində yaranıb, burada 11 nəqliyyat vasitəsi sel sularının içində qalıb.
Hadisə ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
