Bakıda keçirilən U-15 dünya çempionatında Azərbaycan yığması İsrail komandasını 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi komanda turnirdəki üçüncü qələbəsini qazanıb.
Azərbaycanın U-15 yaş qrupundan milli futbol komandası turnirdə bundan əvvəl Timor-Leste yığmasını 6:0, Andorra yığmasını isə 1:0 hesabı ilə məğlub edib. Komandanın yeganə uduzduğu qarşılaşma Avstraliya millisi ilə olub, həmin oyun 1:3 hesabı ilə başa çatıb.
Hövsan Yarış Kompleksində davam edən yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv futbol assosiasiyaları iştirak edir. Çempionat çərçivəsində təxminən 1000 oyunun keçirilməsi planlaşdırılır.
U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Turnirin final qarşılaşması Bakı Kristal Zalında oynanılacaq.
Həmçinin oxuyun: Bakıda ilk dəfə 15 yaşadək futbolçuların dünya çempionatı başlayır
