Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Azərbaycan yığması Mozambik komandasını 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşma Hövsan Yarış Kompleksində keçirilib və Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb. Bu nəticə komandamızın turnirdəki növbəti addımı olub.
Azərbaycan yığması sıradakı oyununda Vyetnam millisi ilə qarşılaşacaq. Görüş saat 19:30-da start götürəcək.
Həmçinin oxuyun: U-15 millimiz Andorranı 1:0 məğlub edib
