Azərbaycanın 48 kiloqramadək çəkidə mübarizə aparan cüdoçusu Könül Əliyeva, Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində çempion olub. O, bu yarışda qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən turnirin final qarşılaşmasında Könül Əliyeva türkiyəli rəqibi Merve Azak ilə üz-üzə gəlib. Mübarizədə üstün gələn azərbaycanlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu nəticə ilə Könül Əliyeva “Böyük Dəbilqə” çərçivəsində qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu adını qazanıb.
Əbu-Dabidəki “Böyük Dəbilqə” turniri oktyabrın 31-də başa çatacaq.
