Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.
İdmançı final qarşılaşmasında Tacikistan nümayəndəsi Loiq Kudbudinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan cüdo millisi üçün turnirdəki ikinci qızıl medal olub. Bundan əvvəl qadınlar arasında 48 kiloqram çəki dərəcəsində çıxış edən Könül Əliyeva da “Böyük Dəbilqə” turnirində birinci yerə yiyələnmişdi.
