İcbari Tibbi Sığorta Fondunun xərcləri 221,3 mln manat artıb
carci.news
Sağlam həyat

İcbari Tibbi Sığorta Fondunun xərcləri gəlirini 221,3 milyon manat ötüb

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında İcbari Tibbi Sığorta Fondunun xərcləri 1 milyard 720,6 milyon manat, gəlirləri isə 1 milyard 499,3 milyon manat olub. Beləliklə, fondun xərcləri gəlirlərini 221,3 milyon manat üstələyib.

Maliyyə Nazirliyinin məlumatına görə, doqquz aylıq hesabat dövründə İcbari Tibbi Sığorta Fondunun xərcləri daxilolmalarından 14,8 faiz çox olub. Hesablamalara görə, fonda daxil olan hər 100 manat gəlirə təxminən 114,8 manat xərc düşüb.

Həmin dövrdə ölkənin icmal büdcəsinin ümumi gəlirləri 36 milyard 730,4 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat səviyyəsində qeydə alınıb. Nəticədə icmal büdcədə 6 milyard 640,5 milyon manat məbləğində profisit formalaşıb.

Həmçinin oxuyun: 2027-ci il büdcəsində tibbi sığortaya 1,1 milyard manat nəzərdə tutulub | Maliyyə Nazirliyi 2027-ci il büdcə göstəricilərini yenidən açıqlayıb

Related posts

2027-ci il büdcəsində tibbi sığortaya 1,1 milyard manat nəzərdə tutulub

Editor

Nazirlik: Hipertenziya dərmanları 2027-ci ildən sığorta təminatına düşəcək

Editor

Plastikin tərkibindəki maddə yumurtalıqda follikullardan kənar hüceyrələrə də zərər verir

Editor

Şərh yazın

IP geolocation by DB-IP