Startapların ümumi dəyəri 600 mln dollara yaxınlaşıb
carci.news
Texnologiya və İKT

Azərbaycanda startapların ümumi dəyəri 600 milyon dollara yaxınlaşıb

Azərbaycanın startap ekosistemi 161 şirkətdən ibarətdir və son bir ildə 7 faizdən çox böyüyüb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

Vüsal Qasımlının sözlərinə görə, ölkənin startap ekosisteminin ümumi dəyəri artıq 600 milyon ABŞ dollarına yaxınlaşır. Bununla belə, Azərbaycan dünya reytinqində 81-ci sırada qərarlaşıb ki, bu da onun fikrincə daha sürətli artım potensialına işarədir.

Açıqlama “Enterprise Azerbaijan” portalının təşkil etdiyi “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının yekun tədbiri – “Demo Day” çərçivəsində səslənib. Portal Vüsal Qasımlının rəhbərlik etdiyi mərkəz tərəfindən idarə olunur.

Qlobal startap bazarında rekord investisiya

Vüsal Qasımlı dünyada startap sektorunun da sürətlə böyüdüyünü vurğulayıb. Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında qlobal startap ekosisteminə cəlb olunan vəsait 500 milyard ABŞ dollarını ötüb və bu göstərici artıq 2025-ci ilin tam illik nəticəsini üstələyib.

Keçən il bu rəqəm 400 milyard dolları keçib. Eyni zamanda 2025-ci ildə 2024-cü illə müqayisədə qlobal miqyasda 17 faizlik artım qeydə alınıb və bu tempin davam etməsi gözlənilir.

Related posts

Texnopark rezidentlərinə vergi güzəştləri 20 ilədək uzadılıb

Editor

Keyfiyyətsiz internet xidmətinə görə cərimələr kəskin artırılır

Editor

SİM-kartı kirayəyə verənlərə 5 min manatadək cərimə tətbiq olunur

Editor

Şərh yazın

IP geolocation by DB-IP