Tramp: İsrailə hərbi yardım il sonunda dayanacaq
carci.news
Dünya siyasəti

Tramp: Vaşinqton İsrailə hərbi dəstəyi il sonunda kəsəcək

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Vaşinqtonun İsrailə hər il ayırdığı təxminən 4 milyard dollarlıq hərbi yardım bu ilin sonunda tamamilə dayandırılacaq. Bunun səbəbi kimi İsrailin artıq xarici dəstəyə ehtiyac duymayan güclü dövlətə çevrilməsi göstərilib.

Donald Tramp bu açıqlamanı “Fox News” telekanalına verdiyi müsahibədə edib. ABŞ lideri bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə hərbi yardımın kəsilməsi barədə saziş əslində bir neçə ay əvvəl imzalanıb.

Tramp vurğulayıb ki, qərar hər iki tərəfin razılığı əsasında qəbul olunub və İsrail bu addıma qarşı çıxmır. Onun sözlərinə görə, bu, ölkənin indi iqtisadi və hərbi sahədə özünü tam təmin edə bilməsi ilə bağlıdır.

ABŞ başçısı bildirib ki, İsrailin artıq kənar yardıma ehtiyacı qalmayıb, ona görə də il başa çatdıqdan sonra maliyyə dəstəyi dayandırılacaq.

Eyni zamanda, Tramp qeyd edib ki, gələcəkdə zərurət yaranacağı halda ABŞ yenidən İsrailə kömək göstərməyə hazırdır. O, İsraili Vaşinqton üçün sadiq və etibarlı tərəfdaş adlandırıb.

Related posts

Azərbaycan BMT-də multikultural cəmiyyət modelini təqdim edib

Editor

Azərbaycan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərib

Editor

Azərbaycan 31 Türkiyə vətəndaşını persona non qrata elan edib

Editor

Şərh yazın

IP geolocation by DB-IP