Azərbaycan Ordusu Su-25 ML ilə təlim uçuşu keçirdi
carci.news
Rəsmi xronika

Azərbaycan Ordusunun pilotları Su-25 ML və L-39 ilə təlim uçuşu icra edib

Azərbaycan Ordusunun hərbi pilotları Su-25 ML hücum və L-39 təlim təyyarələrində hava kəşfiyyatı və pilotaj manevrləri üzrə təlim tapşırıqlarını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin açıqlamasına görə, təlimə hazırlıq mərhələsində pilotların uçuş şəraiti və təhlükəsizlik qaydaları üzrə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə müvafiq təlimatlar çatdırılıb. Uçuş heyətinin sağlamlıq vəziyyəti müayinədən keçirildikdən sonra hərbçilər Su-25 ML hücum və L-39 təlim təyyarələrinə nəzarət baxışı aparıblar.

Təlim zamanı pilotlar havaya qalxma və enmə texnikalarını, müxtəlif hündürlüklərdə pilotaj manevrlərini icra ediblər. Bundan əlavə, şərti düşmənə aid yerüstü hədəflərin koordinatları müəyyənləşdirilib, hava kəşfiyyatı tapşırıqları yerinə yetirilib.

Müdafiə Nazirliyi bildirib ki, bu cür təlim uçuşlarının məqsədi şəxsi heyətin döyüş hazırlığını artırmaq və ölkənin hava məkanında meydana çıxan yeni təhdidlərə qarşı uçuş bacarıqlarını gücləndirməkdir.

Related posts

YAP Ramiz Mehdiyevi sıralarından çıxardı, təltiflərdən məhrum edilməsini istədi

Editor

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Editor

Ombudsmanın vəzifə maaşı dörd qat artırılıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP