SOCAR Qərbi Abşeronda yeni platforma işə salıb
carci.news
Enerji

SOCAR Qərbi Abşeron yatağında yeni dəniz platforması istismara verib

SOCAR-ın “Azneft” İstehsalat Birliyi Qərbi Abşeron yatağında tikilmiş 50 nömrəli sabit dəniz platformasını istifadəyə verib. Platformada ilk quyunun qazılması başa çatıb və hasilat artıq başlayıb.

“Azneft” İstehsalat Birliyinin yaydığı məlumata görə, yeni platformada cəmi 16 quyunun qazılması nəzərdə tutulub. Qazma və mənimsəmə işləri müasir texnologiyalar, həmçinin kompüter proqramları vasitəsilə hazırlanmış geoloji model əsasında aparılır.

Birlikdə bildirilib ki, neft-qaz yataqlarının infrastruktur tutumunun genişləndirilməsi SOCAR-ın strateji hədəflərindən biridir və bu istiqamətdə ardıcıl addımlar atılır.

Qərbi Abşeron yatağı haqqında

Qərbi Abşeron yatağı Xəzər dənizində, Abşeron arxipelaqının şimal-qərb hissəsində, Abşeron yarımadasından şimalda, Bakıdan təxminən 65 kilometr məsafədə yerləşir. Yataq 1958-ci ildə kəşf edilib və sərt iqlim-meteoroloji şəraiti ilə seçilir.

Strukturun neftliliyi məhsuldar qatın Kirmaki və Aşağı Kirmaki laylarına bağlıdır. Bu laylarda hasilat 1996-cı ildən aparılır.

Related posts

ARDNF-in karbohidrogen satışından gəliri 4,6 milyard dollara çatıb

Editor

Niderlandda qazın 1000 kubmetri 1.106 dollara qalxıb: qiymət Azərbaycanın proqnozlarını xeyli üstələyir

Editor

Şəbəkəyə qoşulma addımları 7-dən 2-yə azalacaq

Editor

Şərh yazın

IP geolocation by DB-IP