Dövlət büdcəsinin 2027-ci il zərfinə görə ölkədə nominal orta aylıq əmək haqqının 8,7 faiz artaraq 1288,30 manata çatacağı gözlənilir. 2026-cı il üçün bu göstərici 1185,5 manat səviyyəsində proqnozlaşdırılıb.
Büdcə zərfindəki hesablamalara görə, nominal orta aylıq əmək haqqı 2026-cı ildən 2027-ci ilə keçiddə 8,7 faiz artım göstərəcək.
Eyni sənəddə əhaliyə ödənişlər üzrə xərclərin artım tempi də qeyd olunub. Belə ki, bu xərclər cari ilin həm proqnoz, həm də gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,2 faiz və 10,9 faiz artımla nəzərdə tutulub.
Beləliklə, əhaliyə yönələn ödənişlərin artım sürəti nominal əmək haqqının artım tempini üstələyir.
