Qorxmaz Hüseynov dövründə Azərsuda 3 milyon manat ziyan
carci.news
Rəsmi xronika

“Azərsu”nun keçmiş rəhbərliyi dövründə 3 milyon manatlıq mənimsəmə üzə çıxıb

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun idarəçiliyi dövründə dövlət vəsaitinin mənimsənilməsi hallarını araşdırıb. Bir sabiq məmura yekun ittiham təqdim olunub, Hüseynov və digər şəxslər barəsində isə ayrıca istintaq davam etdirilir.

Məlumata görə, həmin dövrdə “Azərsu” ASC-də müqavilələri İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov adlı şəxslər imzalayıb. Hazırda bu şəxslər barəsində cinayət təqibi davam edir.

Qorxmaz Hüseynov 2011-2021-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə başçılıq edib. Bu qurum hazırda fəaliyyət göstərən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sələfi sayılır.

Belə hallarda prokurorluq dövlətə dəyən zərərin ödənilməsi üçün şans verir. Ziyan ödənilməsə, şəxs cinayət məsuliyyətinə cəlb edilir və iş məhkəməyə göndərilir.

Sabiq şöbə müdirinin işi məhkəməyə göndərilib

İstintaqın bu mərhələsində “Azərsu”nun keçmiş departament rəhbəri və şöbə müdiri olmuş Səday Əliyev barəsində təqsirləndirilən şəxs statusu müəyyən edilib, iş materialları baxılması üçün məhkəməyə yönəldilib. Ona digər şəxslərlə birlikdə hərəkət edərək dövlətə 3 milyon manat məbləğində ziyan vurduğu irəli sürülür.

İşdə adı çəkilən qalan şəxslər istintaq zamanı şahid qismində dindirilib və məhkəmə mərhələsində də şahid kimi ifadə verə bilərlər.

Məhkəmənin hazırlıq iclasında Səday Əliyev irəli sürülən ittihamla razılaşmadığını bildirib. O qeyd edib ki, keçmişdə iki dəfə məhkəmə qərarı ilə vəzifəsinə geri qaytarılıb, ancaq son qərar 16 aydır icra olunmur və məhz buna görə ona qarşı hazırkı ittiham irəli sürülüb.

Related posts

İlham Əliyev: 2027-ci il büdcəsində təhlükəsizliyə 9 milyard manata yaxın vəsait nəzərdə tutulub

Editor

Prezident İlham Əliyev: gələn il minimum əməkhaqqı və pensiyalar artırılacaq

Editor

Dövlət şirkətlərinin siyahısı yenidən qurulub: iki qurum artıq orada yoxdur

Editor

Şərh yazın

IP geolocation by DB-IP