Əczaçılıq məhsullarının istehsalı 60,4 faiz artdı
carci.news
Biznes və investisiya

Əczaçılıq məhsullarının istehsalı 60,4 faiz artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında emal sənayesində 32,9 milyon manatlıq əczaçılıq məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 60,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə istehsal olunan əczaçılıq məhsullarının 21,7 milyon manatlıq hissəsi dərmanların payına düşüb. Bundan əlavə, 4,2 milyon ədəd tibbi maska buraxılışı həyata keçirilib.

Statistikaya əsasən, ölkə əhalisi cari ilin doqquz ayında əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1,4 milyard manat xərcləyib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz yüksəkdir.

Related posts

Azərbaycanda 9 ayda 2281 kiloqram qızıl çıxarılıb

Editor

Qarabağın iki sənaye parkında investisiya 132,35 milyon dollara yüksəlib

Editor

Bakı Forumunda 10 sahə üzrə əməkdaşlıq razılaşmaları rəsmiləşdirilib

rashadamiraliyev
IP geolocation by DB-IP