Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında emal sənayesində 32,9 milyon manatlıq əczaçılıq məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 60,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə istehsal olunan əczaçılıq məhsullarının 21,7 milyon manatlıq hissəsi dərmanların payına düşüb. Bundan əlavə, 4,2 milyon ədəd tibbi maska buraxılışı həyata keçirilib.
Statistikaya əsasən, ölkə əhalisi cari ilin doqquz ayında əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1,4 milyard manat xərcləyib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz yüksəkdir.
