Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binası təmir işləri səbəbindən müvəqqəti bağlanır, müəssisənin fəaliyyəti başqa ünvanda davam etdiriləcək.
Qərara əsasən, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda olan xəstələr artıq başqa müəssisəyə köçürülüb. Bundan sonra binada təmir işlərinə başlanılacaq.
İnstitutun müvəqqəti yerləşdiriləcəyi məkan kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olan iki obyektdən biri nəzərdən keçirilir — Mərdəkan və ya Saray qəsəbəsindəki binalar. Hansı binanın seçiləcəyi barədə hələlik yekun qərar açıqlanmayıb.
Qeyd olunan ərazilərdə artıq tibbi infrastruktur mövcuddur: Saray qəsəbəsində modul tipli vərəm dispanseri, Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri fəaliyyət göstərir.
