Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı üzrə əlavə dəyər vergisindən azadolma müddətinin daha 3 il – 2029-cu ilin sonuna qədər uzadılması nəzərdə tutulur. Müvafiq norma Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində yer alıb.
Qanun layihəsi 2027-ci ilin büdcə paketinin tərkib hissəsidir. Sənədə görə, sənaye üsulu ilə istehsal olunanlar da daxil olmaqla, kənd təsərrüfatı məhsullarının satışından yaranan dövriyyə üzrə ƏDV güzəştinin müddəti üç il artırılacaq.
Eyni zamanda, bu sahədə mövcud olan 100 faizlik tam vergi azadolması ləğv edilir.
Layihədə həmçinin buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə ƏDV güzəştinin də 2029-cu ilin sonunadək uzadılması nəzərdə tutulub.
Həmçinin oxuyun: Vergi Məcəlləsinə düzəliş: ağıllı saat da mobil cihaz sayılacaq
