Xətaidə su emalı müəssisəsinin işi dayandırıldı
carci.news
Sağlam həyat

AQTA Xətai rayonunda su emalı müəssisəsinin işini dayandırdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakının Xətai rayonundakı NZS qəsəbəsində Şükür Hacıyevə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlayaraq istehsalın dayandırılması barədə qərar qəbul edib.

Agentliyin əməkdaşları müəssisədə plandankənar yoxlama aparıblar. Yoxlama zamanı obyektin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qeyri-qənaətbəxş qiymətləndirilib, istehsal sahələrində gigiyena qaydalarının pozulduğu qeydə alınıb.

Həmçinin məlum olub ki, qablaşdırılmış məhsulların etiketlərində istehsalçı şirkət, suyun hansı mənbədən götürüldüyü, istehsal və son istifadə tarixləri kimi məlumatlar düzgün əks olunmayıb.

Aşkarlanan faktlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədən götürülmüş qablaşdırılmış su nümunələri isə laborator yoxlamaya göndərilib.

AQTA-nın qərarına görə, aşkar edilmiş nöqsanlar aradan qaldırılana qədər müəssisədə su istehsalı dayandırılacaq.

Related posts

Nazirlik: Hipertenziya dərmanları 2027-ci ildən sığorta təminatına düşəcək

Editor

Sabunçuda süd emalı müəssisəsinin işi dayandırılıb

Editor

Ağciyər Xəstəlikləri İnstitutu təmir üçün müvəqqəti bağlanır

Editor
IP geolocation by DB-IP