Sumqayıtda yol çöküb: Ü.Hacıbəyli küçəsində üçüncü hadisə
carci.news
Hadisələr

Sumqayıtda Üzeyir Hacıbəyli küçəsində yol üçüncü dəfə çöküb

Sumqayıtın Üzeyir Hacıbəyli küçəsində yol örtüyünün bir hissəsi yenidən çöküb. Hadisə yerinə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub.

Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb və yaranmış problemin aradan qaldırılması üçün işlərə başlanılıb.

Bu, həmin küçədə son dövrdə qeydə alınan üçüncü çökmə hadisəsidir. Bir neçə gün əvvəl küçənin başqa hissəsində baş vermiş oxşar çökmə artıq aradan qaldırılmışdı. Bundan bir neçə ay öncə isə yenə həmin küçədə yolun digər bir hissəsi çökmüş və təmir edilmişdi.

Related posts

Kanadada helikopter qəzaya uğrayıb, dörd nəfər həlak olub

Editor

Bakı aeroportunda tualetdə gizlədilmiş 59 500 manatlıq zinət əşyaları və saatlar aşkarlanıb

Editor

Elmir Nuriyevin Almaniyadan ölkəyə qaytarılmasına razılıq əldə edilib

Editor
IP geolocation by DB-IP