Sumqayıtın Üzeyir Hacıbəyli küçəsində yol örtüyünün bir hissəsi yenidən çöküb. Hadisə yerinə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub.
Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb və yaranmış problemin aradan qaldırılması üçün işlərə başlanılıb.
Bu, həmin küçədə son dövrdə qeydə alınan üçüncü çökmə hadisəsidir. Bir neçə gün əvvəl küçənin başqa hissəsində baş vermiş oxşar çökmə artıq aradan qaldırılmışdı. Bundan bir neçə ay öncə isə yenə həmin küçədə yolun digər bir hissəsi çökmüş və təmir edilmişdi.
