Bakı aeroportunda 59 500 manatlıq zinət əşyaları tapıldı
carci.news
Hadisələr

Bakı aeroportunda tualetdə gizlədilmiş 59 500 manatlıq zinət əşyaları və saatlar aşkarlanıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük əməkdaşları tranzit sərnişinin sanitar qovşağında gizlətdiyi bağlamadan 59 min 500 manatdan artıq dəyərində qızıl-zinət əşyaları və saatlar aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hadisə İstanbul-Bakı aviareysi ilə gəlmiş Azərbaycan vətəndaşının Bakı-Tbilisi reysinə tranzit keçidi zamanı baş verib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları onu gömrük nəzarəti zonasını tərk edərkən saxlayıblar.

Aparılan sorğu-sual zamanı sərnişin aeroportun sanitar qovşağında bir ədəd bağlama gizlətdiyini etiraf edib. Bağlamanın içərisində qızıl-zinət əşyaları və saatlar olduğu bildirilib.

Yoxlama nəticəsində tanınmış brendlərə aid 2 ədəd qol saatı, 3 ədəd biləzik və 1 cüt sırğa ilə bərabər müxtəlif aksesuarlar aşkarlanıb. Əşyaların ümumi dəyəri 59 min 500 manatdan çox olub.

Komitə bildirib ki, əşyaların gömrük nəzarətindən gizli saxlanılaraq ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Faktla bağlı araşdırma davam etdirilir.

Foto: Matti Blume / Wikimedia Commons, CC BY-SA 4.0

Related posts

Səbaildə 15-20 bina sökülə bilər, kompensasiyalar açıqlanıb

Editor

Qadın sürücülərin sayı bir ildə 14,9% artıb, kişilərinki azalıb

Editor

Pattayada türkiyəli iş adamından silahla hədə ilə kriptovalyuta oğurlanıb

Editor
IP geolocation by DB-IP