Azərbaycanlı milyarder Vahid Ələkbərovun təsis etdiyi Rusiyanın “LUKOIL” şirkəti beynəlxalq aktivlərini satmaq üçün ABŞ milyarderi Todd Boeli ilə razılaşma imzalayıb. Razılaşma 10 milyard dollarlıq “LUKOIL” qiymətli kağızlarının şirkətin xarici aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur.
Bloomberg-in məlumatına görə, Todd Boeli “LUKOIL” aktivlərinin satışı ilə bağlı razılaşmanı ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) da daxil olduğu konsorsium adından imzalayıb. Söhbət şirkətin beynəlxalq enerji aktivlərindən gedir.
Razılaşma bir ildən artıq davam edən danışıqlardan sonra əldə olunub.
ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında “LUKOIL”a sanksiya tətbiq edib. Nazirlik sövdələşməni milli təhlükəsizlik maraqları baxımından nəzərdən keçirəcək.
Foto: Artyom Svetlov / Wikimedia Commons, CC BY 4.0
Həmçinin oxuyun: Vahid Ələkbərov Forbes reytinqində dünya milyarderləri arasında 77-ci yerdədir
