Fransanın sabiq yarımmüdafiəçisi Samir Nasri milli komandanın Türkiyə üzərində 1:0 hesablı qələbəsindən sonra komandanın taktiki üslubunu kəskin tənqid edib.
Fransa milli komandası UEFA Millətlər Liqasının yeni mövsümünə sentyabrın 26-da Türkiyə üzərində 1:0 hesablı çətin səfər qələbəsi ilə start götürüb. Bununla belə, minimal hesab mütəxəssislərin tənqidinin qarşısını ala bilməyib.
Komandanın sabiq futbolçularından Samir Nasri “Canal+” telekanalının efirində çıxış edərək Fransa millisinin oyun tərzindəki problemlərdən danışıb.
Nasri komandanı beynəlxalq səviyyədə əsas rəqiblərindən sayılan İspaniya ilə müqayisə edib. Onun sözlərinə görə, İspaniyada məşqçi dəyişsə də, futbolçular necə oynamalı olduqlarını dəqiq bilir, çünki ölkənin formalaşmış futbol konsepsiyası mövcuddur.
“Fransanın isə oyun kimliyi yoxdur”, – deyə Nasri qeyd edib.
O, eyni problemin İngiltərə millisində də özünü göstərdiyini vurğulayıb.

