Ağdam və Xocavəndə köçürülmə davam edir
carci.news
Qarabağ və Şərqi Zəngəzur

Ağdam və Xocavəndə növbəti ailələr köçürülüb

Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə 70, Xocavəndin Quzeyxırman kəndinə isə 8 ailə köçürülərək doğma torpaqlarına yerləşdirilib.

Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi davam etdirilir. Son mərhələdə Ağdam şəhərinə 238 nəfərdən ibarət 70 ailə, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 34 nəfərdən ibarət 8 ailə köçürülüb.

Köçürülən ailələr əvvəllər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yaşayış şəraitində saxlanılıb. İndi onlar öz doğma yurdlarına qayıdaraq daimi məskunlaşıblar.

Yeni evlərinə köçən sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar həmçinin torpaqları işğaldan azad edən Azərbaycan Ordusunun əsgər və zabitlərinə təşəkkürlərini bildirib, bu uğrunda həlak olan şəhidləri hörmətlə yad ediblər.

Related posts

Belarus səfiri: Qarabağda aqrar sahədə birgə layihələr planlaşdırılır

Editor

Xankəndidə MDB dövlətlərinin rəqabət qurumları başçıları görüşür

Editor

Ağdam Sənaye Parkında 1 500 daimi iş yeri açılıb

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP