“Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
carci.news
Olimpiya idmanı

“Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb

Basketbol üzrə “Gəncə” klubu FIBA Avropa Kubokunun C qrupunda IV turda Portuqaliyanın “Sportinq” komandasını 69:67 hesabı ilə məğlub edib. Bu, komandanın turnirdəki ilk qələbəsidir.

Qarşılaşma Gəncə İdman Sarayında keçirilib. Baş məşqçi Murad Dikmənin rəhbərlik etdiyi komanda ev meydançasında qonaqlara üstün gələrək qrupdakı mövqeyini möhkəmləndirib.

Bundan əvvəl “Gəncə” C qrupunda iki oyun keçirib və hər ikisində uduzub. Komanda Yunanıstanın “Kolossos” klubuna 62:80, Türkiyənin “Esenler Erokspor” komandasına isə 63:92 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnirin III turunda nəzərdə tutulan Bolqarıstanın “Rilski Sportist” klubu ilə qarşılaşma təxirə salınıb və hələ keçirilməyib.

Həmçinin oxuyun: “Gəncə” FIBA Avropa Kubokunda ev meydanında da uduzub | “Gəncə” Avropa Kubokunda ev oyunlarını doğma şəhərdə keçirəcək

Related posts

Şahdağda 2027-ci ildə qarüstü polo üzrə Dünya Kuboku keçiriləcək

Editor

Boksçu Səma Abbasova Budvada U-17 Avropa çempionatının finalına yüksəlib

Editor

Azərbaycanlı kamandan oxatanlar Süleymaniyədə iki medal qazanıblar

Editor

Şərh yazın

IP geolocation by DB-IP