“Azeri Light” markalı neft 121 dollara satılıb - carci.news
carci.news
Enerji

“Azeri Light” markalı neft 121 dollara satılıb

Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 121,43 ABŞ dollarına yüksəlib. Bu, əvvəlki göstəricidən 3,69 dollar və ya 3,13 faiz çoxdur.

Neft bazarındakı mənbələrin verdiyi məlumata əsasən, “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti həmin səviyyəyə qalxıb. Eyni zamanda “Brent” markalı neftin noyabr ayı üzrə fyuçers qiyməti 119,43 dollar olaraq qeydə alınıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” neftinin bir barelinin dəyəri 3,71 dollar (3,34 faiz) artaraq 114,72 dollara çatıb.

Xatırlatmaq lazımdır ki, Azərbaycanın bu ilki dövlət büdcəsi hazırlanarkən bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində proqnozlaşdırılıb.

“Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək göstəricisi isə 2008-ci ilin iyul ayında 149,66 dollar olaraq müşahidə edilib.

Bu markadan olan neft Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 faizdir.

Related posts

Energetika naziri: “Yaşıl enerji”yə 2,6 milyard dollar yatırılacaq

Editor

PAŞA Bank Türkiyə şirkəti ilə 40 milyon dollarlıq enerji saxlama sazişi bağlayıb

Editor

ETTC-də Fuad İmanov baş direktor müavini təyin edilib

Editor

Şərh yazın

IP geolocation by DB-IP