Azəristiliktəchizat qaz borcu üzrə təkliflər hazırlanır
carci.news
Enerji

Azəristiliktəchizat köhnə qaz borcu üzrə təkliflər hazırlayır

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bildirib ki, şirkətin əvvəlki illərdən qalma qaz borcunun həlli üçün üç dövlət qurumu ilə birgə təkliflər üzərində iş gedir. Eyni zamanda cari qaz ödənişləri tam yerinə yetirilir.

İlham Mirzəliyevin sözlərinə görə, əvvəlki illərdən qalan borcla bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə müvafiq təkliflər hazırlanır.

Sədr bildirib ki, 2025-ci ildə istilik təsərrüfatları 191 milyon kubmetr həcmində, 31,5 milyon manat dəyərində təbii qazdan istifadə edib. Bu qazın dəyərinə görə 32,3 milyon manat ödənilib ki, bu da istifadə olunan qazın dəyərinin 102,6 faizinə bərabərdir.

Həmçinin bildirilib ki, cari ilin doqquz ayı ərzində 145,6 milyon kubmetr həcmində, 24 milyon manat dəyərində qaz sərf olunub və bu məbləğ tam, yəni 100 faiz ödənilib. İlin sonuna qədər 196,4 milyon kubmetr, 32,4 milyon manat dəyərində qaz istifadəsi proqnozlaşdırılır və bu məbləğin də tam şəkildə ödəniləcəyi vurğulanıb.

Related posts

G7 ölkələri enerji bazarı üçün 100 milyon barel ehtiyat buraxacaq

Editor

Neft ehtiyatlarının kritik azalması barədə Aramco rəhbərindən xəbərdarlıq

Editor

Financial Times: Vallourec Abşeron qaz yatağı üçün TotalEnergies ilə iri sövdələşmə bağlayıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP