Bilalhəbaşi Nəzərov üçüncü dəfə Avropa çempionu olub
carci.news
Olimpiya idmanı

Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Azərbaycanlı boksçu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində finalda türkiyəli Tevfik Akkası məğlub edərək ardıcıl üçüncü dəfə qitə çempionu adını qazanıb.

19 yaşlı boksçu final görüşündə rəqibinə 5:0 hesabı ilə üstünlük qazanıb. Hakimlər qarşıdurmanı 29:28, 29:27, 30:25, 30:27 və 29:26 xallarla Nəzərovun xeyrinə qiymətləndiriblər.

Bu qələbə ilə Nəzərov Azərbaycan boksunda yeni tarix yazıb. Millimizdə gənclər arasında yeganə ikiqat Avropa çempionu olan idmançı 2024-cü ildə də məhz Poreçdə, bir il sonra isə Ostravada qitənin ən güclüsü adını qazanmışdı.

Azərbaycan yığması çempionatda indiyədək 3 medal qazanıb. Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) yarışı bürünc medalla başa vurublar.

39 ölkədən 276 boksçunun iştirak etdiyi turnirdə millimizin daha bir nümayəndəsi – Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.

Related posts

Nazir Qayıbov Qazaxda idman federasiyaları ilə 29-cu dəfə görüşüb

Editor

“Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb

Editor

Azərbaycan gimnastları Pezaroda dünya çempionu adına yiyələnib

Editor
IP geolocation by DB-IP