FIFA-dan Gənclərbirliyi və Pendikspor-a transfer qadağası
carci.news
Samsunspor vs Pendikspor match action from April 1, 2023
Futbol

FIFA Türkiyənin iki klubuna transfer qadağası tətbiq edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyə Super Liqasının təmsilçisi “Gənclərbirliyi” və I Liqa klubu “Pendikspor”a transfer qadağası qoyub. Məlumat qurumun rəsmi saytında yayımlanan siyahıda yer alıb.

FIFA-nın rəsmi saytındakı transfer qadağaları siyahısına əsasən, “Gənclərbirliyi” üç transfer pəncərəsi ərzində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.

“Pendikspor”a tətbiq edilən qadağanın müddəti isə göstərilməyib. Məhdudiyyət aradan qaldırılanadək qüvvədə qalacaq.

Foto: 𐰇𐱅𐰚𐰤 / Wikimedia Commons, CC BY-SA 4.0

Related posts

Mahir Emreli Lixtenşteynə qarşı qələbə golunu vurub

Editor

U-20 yığması Qəbələdə Yaponiyanı penaltilərlə keçib

Editor

Azərbaycanın U-15 millisi Maltada ilk oyunda uduzub

Editor
IP geolocation by DB-IP