Budvada keçirilən boksdan U-17 Avropa çempionatında Məhəmmədəli İstamov (57 kq) finalda İngiltərə təmsilçisi Con Elamı məğlub edərək qızıl medal qazanıb.
Final görüşü xal hesabı ilə 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) nəticəsi ilə başa çatıb. Bu qələbə Məhəmmədəli İstamova yaş kateqoriyasında Avropa çempionu titulunu qazandırıb.
Onun uğuru ilə Azərbaycan boksu üzrə U-17 Avropa çempionatını cəmi 8 medalla – 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Komandanın digər qızıl medalını Camilə Muradlı (57 kq) qazanıb.
Gümüş medallara Həsrət Məmmədov (46 kq), İsmayıl Nasirzadə (52 kq) və Səma Abbasova (66 kq) sahib çıxıb. Bürünc medalları isə Gardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) qazanıb.
Budvada keçirilən yarışlarda 40 ölkədən 314 oğlan və 159 qız olmaqla ümumilikdə 473 idmançı iştirak edib.
Həmçinin oxuyun: U-17 Avropa çempionatı: Cəmilə Muradlı qızıl, Səma Abbasova gümüş medal qazanıb | Boksçu Səma Abbasova Budvada U-17 Avropa çempionatının finalına yüksəlib
