Hesablama Palatası ADSEA-nın auditində nöqsanlar
carci.news
Hökumət və nazirliklər

Hesablama Palatası ADSEA-nın auditində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) ayrılmış dövlət investisiyalarının auditi zamanı bir sıra nöqsanlar aşkar edib. Bu barədə qurumun kollegiya iclasında məlumat verilib.

Hesablama Palatasının kollegiya iclasına sədr Vüqar Gülməmmədov rəhbərlik edib. İclasda auditor Vüqar İbrahimovun hazırladığı hesabat müzakirəyə çıxarılıb. Hesabat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə seçmə qaydada yönəldilmiş dövlət vəsaitlərinin auditinin yekunlarına həsr olunub.

Müzakirələr zamanı auditin gedişində aşkarlanan çatışmazlıqlar barədə ətraflı danışılıb. İclasın sonunda iştirakçılar auditor hesabatını təsdiqləyib.

Qəbul edilən qərara əsasən, ADSEA-ya aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri addımlar atmaq tapşırılıb.

Həmçinin oxuyun: Hesablama Palatası ARDNF-in 2027-ci il büdcə layihəsinə rəy verib

Related posts

Xəzərin sahilboyu ərazilərinə xüsusi status verilməsi üçün təkliflər hazırlanacaq

Editor

Həlak olan minatəmizləyənlərin ailələri üçün vergi güzəştini təsdiqləyən sənədlər müəyyənləşdi

rashadamiraliyev

QHT Dəstəyi Agentliyi 2027-ci il qrantları üçün sənəd qəbuluna start verib

Editor
IP geolocation by DB-IP