Azərbaycanlı kayak və kanoeçilər Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq super sprint reqatasında bir gümüş, bir bürünc medal əldə ediblər.
Noyabrın 7-də başa çatan yarışlarda Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri çıxış ediblər. Super sprint formatında yürüşlər 100 metr məsafəyə keçirilib.
Kanoe qayığında yarışan Hüseyn Səmədli üçüncü yeri tutaraq bürünc mükafata layiq görülüb. Kayak qayığında isə Amil Ramazanov finiş xəttini ikinci sırada keçərək gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan idmançıları Batumidəki beynəlxalq reqatanı ümumilikdə bir gümüş və bir bürünc medalla tamamlayıblar.
