KDR-də Ebola qurbanlarının sayı 3 982-yə yüksəlib - carci.news
carci.news
Sağlam həyat

KDR-də Ebola qurbanlarının sayı 3 982-yə yüksəlib

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası nəticəsində həlak olanların sayı 3 982 nəfərə çatıb, təsdiqlənmiş yoluxma halları isə 8 224-ü ötüb.

KDR Səhiyyə Nazirliyi ölkədəki epidemioloji vəziyyətlə bağlı son rəqəmləri açıqlayıb. Nazirliyin məlumatına görə, virusa yoluxanların ümumi sayı 8 224 nəfərə, xəstəlik nəticəsində vəfat edənlərin sayı isə 3 982 nəfərə çatıb.

Eyni zamanda bildirilib ki, xəstəxanalarda müalicə alan 2 121 nəfər sağalaraq evlərinə buraxılıb.

Nazirliyin verdiyi hesabata əsasən, epidemiya zamanı ölüm nisbəti 48,4 faiz səviyyəsində qeydə alınıb.

Related posts

Sumqayıtda 11 uşaqda dərman reaksiyası: səbəb açıqlandı

Editor

Plastikin tərkibindəki maddə yumurtalıqda follikullardan kənar hüceyrələrə də zərər verir

Editor

Beynəlxalq Diabet Federasiyası 5-ci tip diabeti ayrıca xəstəlik kimi tanıdı

Editor

Şərh yazın

IP geolocation by DB-IP