Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası nəticəsində həlak olanların sayı 3 982 nəfərə çatıb, təsdiqlənmiş yoluxma halları isə 8 224-ü ötüb.
KDR Səhiyyə Nazirliyi ölkədəki epidemioloji vəziyyətlə bağlı son rəqəmləri açıqlayıb. Nazirliyin məlumatına görə, virusa yoluxanların ümumi sayı 8 224 nəfərə, xəstəlik nəticəsində vəfat edənlərin sayı isə 3 982 nəfərə çatıb.
Eyni zamanda bildirilib ki, xəstəxanalarda müalicə alan 2 121 nəfər sağalaraq evlərinə buraxılıb.
Nazirliyin verdiyi hesabata əsasən, epidemiya zamanı ölüm nisbəti 48,4 faiz səviyyəsində qeydə alınıb.
