Mehmanxanalarda gecələmələr azalıb, gəlir artıb
carci.news
Azərbaycanda səyahət

Mehmanxanalarda gecələmə azalıb, gəlir isə artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3 milyon 239,3 minə düşüb, gəlirlər isə 0,6 faiz artaraq 497,3 milyon manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda gecələmələri 4,7 faiz azalaraq 1 milyon 845,6 min nəfər olub. Bu, ümumi gecələmələrin 57 faizini təşkil edib.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrinin sayı isə 1 milyon 393,7 min nəfərə bərabər olub, bu da ümumi göstəricinin 43 faizinə uyğun gəlir.

Gəlirlərin strukturu

Mehmanxanaların gəlirlərinin 63,7 faizi otaqların təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən əldə edilib. Müalicə və sağlamlıq xidmətlərinin payı 2,6 faiz, digər xidmətlərin payı isə 7,8 faiz olub.

Statistikaya əsasən, ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 23 faiz təşkil edib.

Related posts

RBC: Rusiyalı investorlar Bakı kurort bazarına diqqəti artırır

Editor

Sumqayıt istiqamətindəki qatar hərəkətinin yenidən başlaması gözlənilir

rashadamiraliyev

Azərbaycanda ov mövsümü oktyabrın 10-dan başlayır

Editor

Şərh yazın

IP geolocation by DB-IP