“2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılacaq dotasiya 198 milyon manat təşkil edəcək. Bu məbləğ dövlət büdcəsi xərclərinin 0,5 faizinə bərabərdir.
Nəzərdə tutulan məbləğ 2026-cı il üçün təsdiqlənmiş proqnozla müqayisədə 6,4 faiz azdır. Beləliklə, Naxçıvana ayrılacaq dövlət dəstəyinin həcmi növbəti ildə azalma istiqamətində dəyişir.
Qanun layihəsinə görə, bu dotasiya ümumi dövlət xidməti xərclərinin 3,6 faizini təşkil edəcək.
Büdcə layihəsində 2027-ci il üçün ümumi gəlirlərin 38 milyard 254 milyon manat, xərclərin isə 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırıldığı da qeyd olunub.
