Azərbaycanda oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manata çatıb. Bu göstərici son bir ildə 42,8 faiz, ilin əvvəlindən bəri isə 43,8 faiz artıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) məlumatına görə, problemli kreditlərin həcmi sentyabrın 1-i ilə müqayisədə də 4,5 faiz yüksəlib.
Statistikaya əsasən, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı sentyabrın sonuna 2,1 faiz təşkil edib. Avqustun sonunda da bu göstərici eyni səviyyədə, yəni 2,1 faiz olub.
Müqayisə üçün, keçən ilin sonunda problemli kreditlərin xüsusi çəkisi 1,6 faiz, keçən il sentyabrın sonunda isə 1,7 faiz səviyyəsində qeydə alınmışdı.
Həmçinin oxuyun: Problemli kreditlərin həcmi yarım ildə 191 milyon manat artıb
