Bakıda yaradıcı sənayelər forumu təşkil olundu
carci.news
İncəsənət və sərgilər

Bakıda yaradıcı sənayelər üzrə beynəlxalq forum keçirildi

Oktyabrın 26-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “GEC+Baku: yaradıcı sənayelər” adlı beynəlxalq tədbir baş tutdu. Tədbirdə sahibkarlığın beynəlxalq əməkdaşlığı və mədəniyyətlərarası dialoqu möhkəmləndirməkdəki əhəmiyyəti müzakirə edildi.

Bakıda keçirilən yaradıcı sənayelər forumu “Sahibkarlar – əlaqəli dünyanın diplomatları” devizi altında təşkil olundu. Tədbirin təşkilatçıları arasında Qlobal Sahibkarlıq Şəbəkəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi yer aldı, forum üç ayrı panel sessiyasından ibarət idi.

Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova və digər spikerlər mədəniyyət sahəsi ilə yaradıcı sənayelərin ölkə iqtisadiyyatının müxtəlifləşdirilməsindəki əhəmiyyətini vurğuladılar.

Hökumətlərin sərhədlərarası siyasəti müzakirəyə çıxarıldı

“Sərhədləri aşan siyasət: hökumət nümayəndələrinin paneli” başlıqlı sessiyada sahibkarların fərqli ölkələrdə fəaliyyət göstərməsinə əngəl törədən tənzimləyici çətinliklər və bu çətinliklərin aradan qaldırılması üçün dövlətlərin gördüyü tədbirlər müzakirə predmetinə çevrildi.

Panel iştirakçıları bu sahədə digər ölkələrin qazandığı müsbət nəticələri, effektiv həll üsullarının geniş yayılmasının yollarını və beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensialı da nəzərdən keçirdilər.

Related posts

Renuar muzeyindən tablo oğurluğuna görə altı nəfər saxlanılıb

Editor

Renuar muzeyindən oğurlanan iki tablo Fransada tapılıb

Editor

“Sotheby’s” Van Qoq və Qogenin olduğu kolleksiyanı hərraca çıxaracaq

Editor

Şərh yazın

IP geolocation by DB-IP