Azərbaycan 2026-cı ilin yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının xaricə satışından 7,06 milyard dollar gəlir əldə edib. Bu məbləğin təxminən yarısı Böyük Britaniyanın payına düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 10 aylıq dövrdə Azərbaycandan Böyük Britaniyaya göndərilən qeyri-neft məhsullarının dəyəri 3 milyard 479 milyon 653 min ABŞ dolları təşkil edib. Bu göstərici ölkənin ümumi qeyri-neft ixracının 49,3 faizini təşkil edib və Böyük Britaniyanı siyahının lideri edib.
İkinci yeri 974,1 milyon dollarlıq göstərici ilə Rusiya tutub. Türkiyəyə ixrac 519,2 milyon dollara çatıb və üçüncü pillədə qərarlaşıb.
Siyahıda daha bir qonşu ölkə — Gürcüstan da yer alıb. Hesabat dövründə Gürcüstana 504,3 milyon dollarlıq qeyri-neft məhsulu satılıb.
