Cənubi Afrika Respublikasından olan hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem “Navi” Pillay Sülh üzrə Nobel mükafatına layiq görülüb.
Qərar barədə məlumat mükafatın rəsmi saytında yayılıb. Bildirilib ki, mükafat Pillaya “beynəlxalq hüququn möhkəmləndirilməsi və sülhə dəstək üzrə səylərinə görə” verilib.
Navi Pillay 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb. O, insan hüquqları sahəsində uzunmüddətli hüquqşünas karyerası ilə tanınır.
Nobel İnstitutunun məlumatına görə, 2026-cı il üçün Sülh üzrə Nobel mükafatına cəmi 287 namizəd qeydə alınıb. Bunlardan 208-i fərdi şəxslər, 79-u isə müxtəlif təşkilatlardır.
Həmçinin oxuyun: Enn Karsona ədəbiyyat üzrə Nobel mükafatı verilib
