Wizz Air təcili eniş: Budapeştdə partlayış qorxusu
carci.news
Dünyada səyahət

“Wizz Air” təyyarəsi partlayış ehtimalı ilə Budapeştə təcili enib

London-Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi ilə bağlı Budapeştdə təcili eniş edib. Bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi məlumat yayıb.

Nazirin sözlərinə görə, hadisə ilə əlaqədar NATO-nun hava hücumundan müdafiə xidməti ALPHA həyəcan siqnalı verib. Fövqəladə vəziyyət barədə xəbərdar edilən Macarıstan Silahlı Qüvvələrinin “Gripen” qırıcıları bir neçə dəqiqə ərzində havaya qalxıb.

Qırıcılar problemli təyyarəni Budapeştdəki Ferents List adına Beynəlxalq Hava Limanına qədər müşayiət edib. Açıqlama Macarıstanın müdafiə naziri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.

Related posts

Yanacaq xərcləri qalxdıqca aviaşirkətlər bilet tariflərini daha da artıracaq

Editor

AZAL Vyetnamın Vietjet Air şirkəti ilə birbaşa uçuşları müzakirə edib

Editor

KLM yeni Airbus A350 təyyarələri üçün ilk beş marşrutu açıqlayıb

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP