Xəzər dənizində əməliyyat: 44 gəmi, 126 şəxs saxlanıldı
carci.news
Dünya siyasəti

Qazaxıstan Xəzərdə brakonyerliyə qarşı əməliyyatda 44 gəmi saxlayıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti oktyabr ayında Xəzər dənizində keçirdiyi əməliyyat-profilaktik tədbirlər zamanı 126 qanunpozucu şəxsi və 44 kiçik gəmini saxlayıb.

Tədbirlər dövlət orqanları ilə birgə, qanunsuz fəaliyyətin, o cümlədən brakonyerliyin qarşısını almaq məqsədilə həyata keçirilib. Nəticədə 11,5 kiloqram narkotik vasitə aşkarlanaraq müsadirə olunub.

Həmçinin ümumi uzunluğu 88 kilometr olan qanunsuz balıqçılıq torları götürülüb. Bu torlarda aşkar edilən nərə və digər balıq növlərinə aid 2 337 balıq canlı şəkildə təbii mühitə buraxılıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumatına görə, pozuntulara görə 4,5 milyon tengedən (təxminən 16 875 manat) çox məbləğdə inzibati cərimə tətbiq edilib. Bundan əlavə, dövlətə dəyə biləcək 840 milyon tengedən (təxminən 3,16 milyon manat) çox ziyanın qarşısı alınıb.

Sərhəd Xidməti ölkə vətəndaşlarını Xəzər dənizində müəyyən edilmiş hərəkət rejimlərinə riayət etməyə çağırıb.

Həmçinin oxuyun: Qazaxıstanda Xəzər sahilində 173 ölü nərə balığı aşkarlanıb

Related posts

Ərdəbil valisi: Azərbaycanla quru sərhəddə turist keçidi genişlənə bilər

Editor

RBC: Putin Əliyevlə telefonda ikitərəfli gündəliyi müzakirə edib

Editor

Azərbaycan BMT-dən mina və itkin düşənlər məsələsinin gündəmdə qalmasını istəyib

Editor

Şərh yazın

IP geolocation by DB-IP