Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirində birinci olub
carci.news
Güləş və döyüş idmanı

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində komanda sıralamasında liderliyi tutub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” cüdo turniri başa çatıb. Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 2 bürünc medalla 59 ölkə arasında komanda hesabında birinci yerə yüksəlib.

Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, turnirin yekun günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri gümüş mükafata layiq görülüb. Bununla yarışda ölkəmizi təmsil edən idmançıların medal sayı beşə çatıb.

Daha əvvəlki iki yarış günündə Könül Əliyeva -48 kiloqramda, Balabəy Ağayev isə -60 kiloqramda qızıl medal qazanıb. Rəşad Yelkiyev (-66 kiloqram) və Hidayət Heydərov (-73 kiloqram) bürünc mükafatlara sahib çıxıblar.

Könül Əliyevanın qələbəsi həm də tarixi əhəmiyyət daşıyır – o, Dünya Cüdo Turu yarışlarında çempion adını qazanan ilk azərbaycanlı qadın idmançı olub.

Turnirdə iştirak göstəriciləri

Oktyabrın 29-dan 31-dək davam edən “Böyük Dəbilqə” turnirində 374 idmançı mübarizə aparıb. Yarış həm də Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandırıb.

Azərbaycanı turnirdə 9 çəki dərəcəsində 12 cüdoçu — 8 kişi və 4 qadın — təmsil edib.

Həmçinin oxuyun: Könül Əliyeva “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb | Balabəy Ağayev “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Related posts

Güləşdən daha iki bürünc: Cəfərli və Karsanov U-23 çempionatında

Editor

Rəhimov Neapolda U-23 Avropa çempionu adını ikinci dəfə qazandı

Editor

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP