Zəngəzur dəhlizi dörd ilə bitəcək: nazirdən açıqlama
carci.news
Nəqliyyat və logistika

Türkiyə naziri: Zəngəzur dəhlizi dörd ilə başa çatdırılacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizinin bütün hissələrinin tikintisi təxminən dörd ildən sonra tamamlanaraq istifadəyə veriləcək.

Antalyada Azərbaycan mətbuatına açıqlama verən Abdulkadir Uraloğlu bildirib ki, Azərbaycan öz ərazisindəki işləri artıq başa çatdırmaq üzrədir və bu proses Türkiyə tərəfindən yaxından izlənilir. Onun sözlərinə görə, hədəf dəhlizin bütün seqmentlərini dörd il ərzində tam istifadəyə vermiş olmaqdır.

Nazir həmçinin Türkiyə ilə Ermənistan arasında sərhəd-keçid məntəqələrinin açılması mövzusuna da toxunub. Onun sözlərinə görə, hazırda həm dəmir yolu, həm də “Əlican” avtomobil yolu keçid məntəqəsi üzrə zəruri hazırlıq işləri görülüb və tərəflər arasında bu istiqamətdə əlaqələr davam edir.

Uraloğlu qeyd edib ki, Ermənistanın müvafiq naziri ilə şəxsi görüşlər keçirir və qarşılıqlı razılıq əldə edildiyi təqdirdə, Azərbaycanın həssas məqamları nəzərə alınmaqla, keçid məntəqələrinin qısa müddətdə açıla biləcəyini düşünür.

Şuşa səfəri və Qarabağla bağlı mesajlar

Türkiyəli nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidentinin Şuşaya birgə səfəri zamanı dünyaya ötürdükləri mesajların aydın olduğunu vurğulayıb. O, Qarabağ uğrunda aparılan mübarizəni Türkiyənin yaxından izlədiyini və Zəfərlə bağlı təbriklərini bildirib.

Uraloğlu Azərbaycan və Türkiyənin bütün sahələrdə əməkdaşlığını davam etdirəcəyini və iki ölkə arasında heç vaxt ayrı-seçkilik olmadığını, bundan sonra da olmayacağını bildirib.

Related posts

BakıKart: hər dördüncü gediş 1 qəpiyə başa gələcək

Editor

AİB Bakı metrosunun siqnalizasiyasına 302 milyon dollar kredit təsdiqləyib

Editor

Dövlət büdcəsində nəqliyyat və rabitəyə vəsait 2027-ci ildə 2,7 dəfəyə qədər qalxacaq

Editor
IP geolocation by DB-IP